Leqal Xəbər məlumat verir ki, Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya imkanları və biznes əlaqələrinin inkişafı məsələləri müzakirə olunub. Tərəflər enerji sektorunda həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.