LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev bu fikri IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.
Dövlət başçısı bildirib ki, baş verən prosesləri terminoloji baxımdan ölkənin potensialının və imkanlarının tanınması kimi qiymətləndirmək olar.
“Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.![]()