Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət Görüşündə Azərbaycan-Türkmənistan əlaqələrinin son illərdə dinamik inkişaf etdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, ötən ildən bəri iki ölkə arasında ali səviyyədə 5 qarşılıqlı səfər həyata keçirilib. Bu, siyasi dialoqun intensivliyini və əlaqələrin möhkəmləndirilməsi istəyini göstərir. Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscidin inşasını xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının nümunəsi adlandırıb. İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Region ölkələri arasında qarşılıqlı investisiyalar artır, birgə layihələr həyata keçirilir.
İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri dinamik inkişaf edir
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət Görüşündə Azərbaycan-Türkmənistan əlaqələrinin son illərdə dinamik inkişaf etdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, ötən ildən bəri iki ölkə arasında ali səviyyədə 5 qarşılıqlı səfər həyata keçirilib. Bu, siyasi
6 baxış
3 dəq