Yeni xəbərlər burada görünəcək.

İlham Əliyev: Çin ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk

Azərbaycan Prezidenti İlham Əliyev Çin ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verildiyini bildirib. Dövlət başçısı bu fikirləri Çin Xalq Respublikasının Sədri Si Cinpinə ölkənin milli bayramı – Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib. Prezident vurğulayıb ki,

4 baxış 3 dəq

Azərbaycan Prezidenti İlham Əliyev Çin ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verildiyini bildirib.

Dövlət başçısı bu fikirləri Çin Xalq Respublikasının Sədri Si Cinpinə ölkənin milli bayramı – Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.

Prezident vurğulayıb ki, Azərbaycan Çinlə dost ölkə və etibarlı strateji tərəfdaş kimi münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.

İlham Əliyevin sözlərinə görə, iki ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, həmçinin dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin əsas xüsusiyyətlərindəndir.

Dövlət başçısı qeyd edib ki, dövlətlərarası əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkənin siyasi iradəsinin və birgə səylərinin nəticəsidir.

Azərbaycan və Çin arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsi barədə mövqe əvvəlki rəsmi sənədlərdə də ifadə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin