Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu ölkəsinin dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edib.
Dövlət başçısı məktubunda Azərbaycan-Tacikistan münasibətlərinin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayıb.
İlham Əliyev iki ölkə arasındakı əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Prezident Emoməli Rəhmona möhkəm cansağlığı, Tacikistan xalqına isə əmin-amanlıq və rifah arzulayıb.