Yeni xəbərlər burada görünəcək.

İLHAM ƏLİYEV: “HÖRMÜZ BÖHRANI AZƏRBAYCANA CİDDİ TƏSİR GÖSTƏRMİR”

Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr və Hörmüz boğazındakı gərginlik Azərbaycana ciddi təsir göstərmir. Dövlət başçısının sözlərinə görə, ölkə uzun illərdir enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasətini həyata keçirir.

11 baxış 3 dəq

Prezident qeyd edib ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat sahəsində dayanıqlı təchizat sistemi formalaşdırmağa nail olub. Bu da mümkün risklərin qarşısını almağa kömək edir.
İlham Əliyev vurğulayıb ki, qlobal qeyri-sabitlik yüksək neft qiymətləri baxımından müəyyən üstünlüklər yaratsa da, dünya bazarlarında investisiya itkisinə də səbəb olur. Buna baxmayaraq, Azərbaycanın enerji layihələri təhlükəsiz və sabit vəziyyətdə qalır.
Xəbəri paylaş Dostlarınıza göndərin