Yeni xəbərlər burada görünəcək.

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib. Dövlətimizin başçısı bununla bağlı “X” hesabında paylaşım edib. İlham Əliyev paylaşımında Məsud Pezeşkianın Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə ona təşəkkür edib.

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib.

Dövlətimizin başçısı bununla bağlı “X” hesabında paylaşım edib.

İlham Əliyev paylaşımında Məsud Pezeşkianın Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə ona təşəkkür edib. Prezident Azərbaycan və İran xalqlarının çətin günlərdə hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bölgədə baş verən son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərib.

Qeyd edək ki, Məsud Pezeşkian daha əvvəl müharibə zamanı Azərbaycanın müxtəlif istiqamətlər üzrə İrana əhəmiyyətli dəstək göstərdiyini bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin