Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Leqalxeber.az xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun bir sıra əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.
Təltif olunan şəxslərdən dörd nəfər “Tərəqqi” medalı ilə mükafatlandırılıb:
- Abbasov Mahir Fəxrəddin oğlu
- Əliyev Vüsal Azad oğlu
- İsayev Orxan Elşad oğlu
- Qarayev Teymur Fəxrəddin oğlu
Bundan əlavə, prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə və qulluqda fərqləndiklərinə görə bir qrup əməkdaş “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Təltif edilənlər aşağıdakılardır:
Abbasov Cabir Etibar oğlu, Abdullayev Vüsal Habil oğlu, Bağırov Taleh Vilayət oğlu, Bayramov Nəsir Yasin oğlu, Əhməd Rəcəb Nazim oğlu, Əsədov Şahin İlyas oğlu, Hacıyev Saleh Ruslan oğlu, İmanlı Cavid Oruc oğlu, İsgəndərov Əsgər Akif oğlu, İsmayılov Sahib İsmayıl oğlu, Qəhrəmanov Şöhrət Qazaxəli oğlu, Nəcəfzadə Samirə Yusif qızı, Osmanova Aynur Nəriman qızı, Rəhimli Tuqay Rafael oğlu, Səməndov Zöhrab Nəcəf oğlu, Şahverdiyev Atəş Möhbalı oğlu, Tofiqi Fuad Valeh oğlu və Yusifov Rövşən Şahin oğlu.
Qeyd edək ki, təltiflər prokurorluq əməkdaşlarının xidməti fəaliyyətlərində əldə etdikləri nailiyyətlər və peşəkar fəaliyyətləri nəzərə alınmaqla təqdim olunub.![]()