Yeni xəbərlər burada görünəcək.

İLHAM ƏLİYEV QARABAĞDA BALA GÜLƏRİN ARZUSUNU GERÇƏKLƏŞDİRDİ

LEQAL XƏBƏR məlumat verir ki, iyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Görüş zamanı dövlət başçısı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edib. Söhbət zamanı ailənin balaca üzvü Gülər Əsədova

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, iyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Görüş zamanı dövlət başçısı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edib. Söhbət zamanı ailənin balaca üzvü Gülər Əsədova Prezidentdən traktor istəyib.

Azərbaycan Televiziyasının (AzTV) çəkiliş qrupu Kiçik Qaladərəsi kəndində olaraq həm sakinlərin Böyük Qayıdışdan sonra kənddə qurulan yeni həyatını, həm də balaca Gülərin arzusunun necə gerçəkləşdiyini lentə alıb.

Məlumata görə, balaca Gülərin Prezidentdən istədiyi traktor artıq Əsədovlar ailəsinə təqdim olunub.

Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində sakinlərini qarşılayan Kiçik Qaladərəsi kəndinə ilkin mərhələdə 15 ailə – 51 nəfər köçürülüb.

Kəndə qayıdış prosesinin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

Xəbəri paylaş Dostlarınıza göndərin