Yeni xəbərlər burada görünəcək.

İLHAM ƏLİYEV ŞUŞADA PETER PELLEQRİNİNİ QARŞILADI

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrinini rəsmi mərasimlə qarşılayıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrinini rəsmi mərasimlə qarşılayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verib, daha sonra Slovakiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Rəsmi mərasim çərçivəsində fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının önündən keçib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqrinə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunublar.

Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.

Xəbəri paylaş Dostlarınıza göndərin