İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İlham Əliyev və To Lam birgə bəyənat qəbul etdilər

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər. Leqal Xəbər

9 baxış 3 dəq
İlham Əliyev və To Lam birgə bəyənat qəbul etdilər

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər.

Leqal Xəbər Report-a əsasən xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə etdilər.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Sosialist Respublikası Prezidenti Ofisinin rəhbərinin müavini Nguyen Hoanq Anh mübadilə etdilər.

"Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "ROX Group" arasında İcra Müqaviləsi"ni Azərbaycanın energetika naziri Pərviz Şahbazov və "ROX Group"un təsisçisi və sədri Tran Anh Tuan mübadilə etdilər.

Xəbəri paylaş Dostlarınıza göndərin