Yeni xəbərlər burada görünəcək.

İLHAM ƏLİYEV: “WUF13-Ə EV SAHİBLİYİ ETMƏK BİZİM ÜÇÜN BÖYÜK ŞƏRƏFDİR”

Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsinin ölkə üçün böyük əhəmiyyət daşıdığını bildirib. Dövlət başçısı qeyd edib ki, belə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir.

10 baxış 3 dəq

Prezident vurğulayıb ki, Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib. Forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf və müasir urbanizasiya ilə bağlı mühüm məsələlər müzakirə olunur.
İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, bu cür tədbirlərin ölkənin dünya ilə əlaqələrinin daha da güclənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Xəbəri paylaş Dostlarınıza göndərin