Yeni xəbərlər burada görünəcək.

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. Layihə Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının

8 baxış 3 dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.

Layihə Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının bərpaolunan enerji ilə təmin edilməsini nəzərdə tutur.

Layihənin həyata keçirilməsi nəticəsində Səngəçal terminalının illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq. Bununla yanaşı, hər il 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260-330 min ton azalacaq.

Ümumi sahəsi 6,5 hektar olan yarımstansiya 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkənin enerji sisteminə qoşulub.

Həmçinin Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə daha iki hava-kabel xəttinin çəkilməsi planlaşdırılır.

Yeni yarımstansiya vasitəsilə bp-nin Səngəçal terminalı və Şahdəniz Kompressor Stansiyasının elektrik enerjisi ilə təminatı da həyata keçiriləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatının ölkənin vahid enerjisistemi hesabına qarşılanması mümkün olacaq.

Yarımstansiyada müasir rəqəmsal idarəetmə panelləri və avadanlıqlar quraşdırılıb, SCADA sisteminə inteqrasiya həyata keçirilib və İdarəetmə Mərkəzi yaradılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin