LEQAL XƏBƏR xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları rəsmi "X" hesabında məlumat yayıb.
Bildirilib ki, meşə yanğını iyulun 15-də başlayıb və əlverişsiz hava şəraiti səbəbindən qısa müddətdə geniş əraziyə yayılıb.
Yerli rəsmilərin sözlərinə görə, quru qüvvələrinin sayının artırılmasına baxmayaraq, alov ocaqları hələ də yüksək aktivlik nümayiş etdirir və yanğın sürətlə ətraf ərazilərə yayılmaqda davam edir.
Hazırda beş yaşayış məntəqəsinin sakinləri təhlükəsizlik məqsədilə evlərini tərk ediblər. Təxminən 100 nəfər yerli idman kompleksində müvəqqəti yerləşdirilib, digər sakinlər isə yaxınlarının evlərinə köçüb və ya öz imkanları hesabına təhlükəsiz ərazilərdə sığınacaq tapıblar.
Məlumata görə, yanğının söndürülməsi əməliyyatına 450-yə yaxın əməkdaş və 30-dan çox hava vasitəsinin cəlb olunması nəzərdə tutulur. Əməliyyatda Fövqəladə Hallar Bölməsinin (UME) 300-dən çox hərbi qulluqçusu, regional yanğın-xilasetmə xidmətləri, Mülki Qvardiya və Qırmızı Xaç təşkilatının əməkdaşları iştirak edirlər.
Yanğının tam nəzarət altına alınması istiqamətində əməliyyatlar fasiləsiz davam etdirilir.![]()