Yeni xəbərlər burada görünəcək.

İLİYANA YOTOVA: “İLHAM ƏLİYEV BAKINI GƏLƏCƏYİN ŞƏHƏRİNƏ ÇEVİRİB”

Leqal xəbər məlumat verir ki, Bolqarıstanın vitse-prezidenti İliyana Yotova Bakıda keçirilən Dünya Şəhərsalma Forumu çərçivəsində çıxışı zamanı Prezident İlham Əliyevin paytaxtın inkişafındakı rolunu yüksək qiymətləndirib. O bildirib ki, Bakı artıq insanların gələcəkdən danışdığı müasir və

7 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Bolqarıstanın vitse-prezidenti İliyana Yotova Bakıda keçirilən Dünya Şəhərsalma Forumu çərçivəsində çıxışı zamanı Prezident İlham Əliyevin paytaxtın inkişafındakı rolunu yüksək qiymətləndirib.
O bildirib ki, Bakı artıq insanların gələcəkdən danışdığı müasir və innovativ şəhərə çevrilib. Yotova şəhərlərin inkişafı, mənzil problemi və iqlim dəyişikliklərinin təsiri ilə bağlı mühüm mesajlar verib.
Bolqarıstan rəsmisi vurğulayıb ki, dünyada milyardlarla insanın mənzil problemi var və bu məsələnin həlli üçün hökumətlərlə cəmiyyət birlikdə çalışmalıdır. O, Bakıda keçirilən forumun qlobal problemlərin müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd edib.
Xəbəri paylaş Dostlarınıza göndərin