Yeni xəbərlər burada görünəcək.

İLON MASK SÜNİ İNTELLEKTLƏ "ODİSSEYA" ƏSASINDA FİLM ÇƏKƏCƏK

ABŞ-li milyarder İlon Mask süni intellekt vasitəsilə Homerin məşhur "Odisseya" dastanı əsasında tammetrajlı filmin hazırlanacağını açıqlayıb. LEQAL XƏBƏR xəbər verir ki, Mask bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, ekran əsəri

9 baxış 3 dəq

ABŞ-li milyarder İlon Mask süni intellekt vasitəsilə Homerin məşhur "Odisseya" dastanı əsasında tammetrajlı filmin hazırlanacağını açıqlayıb.

LEQAL XƏBƏR xəbər verir ki, Mask bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, ekran əsəri "xAI" şirkətinə məxsus "Grok Imagine" süni intellekt video generatoru tərəfindən hazırlanacaq və filmin cari ilin sonunadək təqdim olunması planlaşdırılır.

Mask bildirib ki, layihə tarixi dəqiqliyi qoruyacaq və Homerin bədii ideyasına maksimum sədaqətlə hazırlanacaq.

"Bu ilin sonuna qədər "Grok Imagine" tarixən dəqiq və Homerin sənətinə sadiq qalacaq "Odisseya" əsasında tammetrajlı film yaradacaq", – deyə o qeyd edib.

Qeyd edək ki, İlon Mask bundan əvvəl də rejissor Kristofer Nolanın "Odisseya" filminin treylerini sərt tənqid etmişdi. O, Nolanı mükafat qazanmaq naminə filmlərinə "vouk-siyasət" elementləri əlavə etməkdə ittiham edib və ekranlaşdırmanın Homerin irsinə hörmətsizlik olduğunu iddia etmişdi.

Mask həmçinin fevral ayında Troyalı Helen obrazını qaradərili aktrisa Lupita Nyonqonun canlandırmasını da tənqid etmiş, bunu rejissorun beynəlxalq mükafatlarda tanınmaq cəhdi kimi qiymətləndirmişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin