Yeni xəbərlər burada görünəcək.

İndi Xocalıya yeni həyat qayıdır

34 il öncə erməni quldurları tərəfindən xarabalığa çevrilən Xocalıda indi abadlıq və bərəkət var. Xocalıya yeni həyat qayıdır, uzun illər öz doğma ocaqlarından ayrı düşmüş sakinlər ata-baba yurdlarında işləyir, qurub-yaradırlar. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş

9 baxış 3 dəq

34 il öncə erməni quldurları tərəfindən xarabalığa çevrilən Xocalıda indi abadlıq və bərəkət var. Xocalıya yeni həyat qayıdır, uzun illər öz doğma ocaqlarından ayrı düşmüş sakinlər ata-baba yurdlarında işləyir, qurub-yaradırlar.

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə köçürülərək məşğulluğu təmin olunan vətəndaşlarımızdan biri də Xocalının Seyidbəyli kəndində məskunlaşan Tahirə Ələkbərovadır.

Laçın rayonundan keçmiş məcburi köçkün olan Tahirə Ələkbərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qoyunçuluq təsərrüfatı üzrə aktivlərlə təmin olunub.


Xəbəri paylaş Dostlarınıza göndərin