LEQAL XƏBƏR məlumat verir ki, son günlər yayılan bir iddiaya görə, insan beyninin həcmi son 5 min il ərzində təxminən 150 sm³ azalıb.
Bu həcm fərqi təxminən bir tennis topu və ya kiçik limon ölçüsünə bərabər kimi izah edilir.
Alimlərin bir qismi aparılan arxeoloji və antropoloji tədqiqatlara əsaslanaraq insan beyninin zamanla müəyyən qədər kiçilə biləcəyini bildirir. Bu dəyişikliklərin əsas səbəbi kimi həyat tərzinin dəyişməsi, sosial strukturların mürəkkəbləşməsi və beynin enerji balansı göstərilir.
Digər elm adamları isə bu nəticələrin dəqiq olmadığını vurğulayır. Onların fikrincə, fosil kəllə sümükləri əsasında beyin həcminin ölçülməsi tam dəqiq metod deyil və müxtəlif səhvlərə açıqdır.
Nəticə olaraq, insan beyninin həqiqətən kiçilib-kiçilməməsi məsələsi elmi mübahisə olaraq qalır və hələ qəti nəticə yoxdur.