ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlama verib.
LEQAL XƏBƏR verir ki, Tramp bildirib ki, Tehran Vaşinqtonun irəli sürdüyü şərtlərin demək olar ki, hamısını qəbul edib.
"Hazırda danışıqlar prosesindəyik. Nəticənin necə olacağını zaman göstərəcək. Düşünürəm ki, onlar ehtiyac duyduğumuz, demək olar ki, hər bir bəndlə razılaşıblar", – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp, həmçinin ABŞ-nin qısa müddətdə hərbi üstünlük əldə etdiyini iddia edərək, müxtəlif müharibələrlə müqayisələr aparıb.