Yeni xəbərlər burada görünəcək.

İRAN ABŞ SANKSİYALARINA RƏĞMƏN NEFT İXRACINI DAVAM ETDİRİR

LEQAL XƏBƏR məlumat verir ki, İran ABŞ sanksiyalarına baxmayaraq neft ixracını əvvəlki qaydada davam etdirdiyini açıqlayıb. Bu barədə İranın neft naziri Möhsün Paknejad məlumat verib. Nazirin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin iyun ayında qəbul etdiyi və İranın neft sektoruna tətbiq olunan

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İran ABŞ sanksiyalarına baxmayaraq neft ixracını əvvəlki qaydada davam etdirdiyini açıqlayıb.

Bu barədə İranın neft naziri Möhsün Paknejad məlumat verib.

Nazirin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin iyun ayında qəbul etdiyi və İranın neft sektoruna tətbiq olunan sanksiyaları müvəqqəti yumşaldan ümumi lisenziyanın qüvvədən düşməsinə baxmayaraq, ölkənin neft ixracı dayandırılmayıb.

Möhsün Paknejad bildirib ki, Neft Nazirliyi uzun illər ərzində ABŞ-nin sanksiyalarının təsirlərini minimuma endirmək üçün zəruri mexanizmlər formalaşdırıb.

Onun sözlərinə görə, neft ixracının fasiləsiz həyata keçirilməsi üçün yaradılmış mexanizmlər hazırda da işlək vəziyyətdədir və bu səbəbdən İran neftinin ixracı əvvəlki rejimdə davam edir.

Qeyd edək ki, iyulun 7-də ABŞ Maliyyə Nazirliyi İranın neft sənayesinə qarşı məhdudiyyətləri avqustun 21-dək müvəqqəti yumşaldan ümumi lisenziyanı ləğv edib və bu sahədə yeni maliyyə əməliyyatlarının aparılmasına qadağa tətbiq edib.

Xəbəri paylaş Dostlarınıza göndərin