Yeni xəbərlər burada görünəcək.

İran casusluqda ittiham olunan ABŞ vətəndaşını azad etdi

2024-cü ilin dekabrından İranda saxlanılan ABŞ vətəndaşı Dena Karari azadlığa buraxılıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə onun vəkili Cared Qenser məlumat verib. Vəkilin sözlərinə görə, Dena Karari artıq İrandan ayrılıb və ABŞ-yə qayıdıb. Qenser bildirib ki, müvəkkili 2024-cü ilin dekabrından

6 baxış 3 dəq

2024-cü ilin dekabrından İranda saxlanılan ABŞ vətəndaşı Dena Karari azadlığa buraxılıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə onun vəkili Cared Qenser məlumat verib.

Vəkilin sözlərinə görə, Dena Karari artıq İrandan ayrılıb və ABŞ-yə qayıdıb.

Qenser bildirib ki, müvəkkili 2024-cü ilin dekabrından etibarən casusluq və düşmən dövlətlə əməkdaşlıq ittihamları ilə ölkəni tərk edə bilmirdi.

"The New York Times"ın məlumatına əsasən, Karari həm ABŞ, həm də İran vətəndaşlığına malikdir.

ABŞ Prezidenti Donald Tramp da bir müddət əvvəl İranın xoşməramlı addım ataraq 2024-cü ildə saxlanılan bir ABŞ vətəndaşının ölkədən çıxmasına icazə verdiyini açıqlamışdı. O, şəxsin adını çəkməsə də, İran tərəfinə təşəkkürünü bildirib və həmin şəxsin hazırda təhlükəsiz yerdə olduğunu, vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin