Yeni xəbərlər burada görünəcək.

İRAN HÖRMÜZ BOĞAZINDA İNTERNET KABELLƏRİNƏ NƏZARƏT İSTƏYİR

Leqal xəbər məlumat verir ki, İranın Hörmüz boğazının dibi ilə keçən beynəlxalq sualtı internet kabellərinə nəzarət etməyə və onların istifadəsinə görə ödəniş tələb etməyə hazırlaşdığı bildirilir. İddialara görə, Tehran tələblər yerinə yetirilməyəcəyi halda kabellərin kəsilməsi variantını da

9 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, İranın Hörmüz boğazının dibi ilə keçən beynəlxalq sualtı internet kabellərinə nəzarət etməyə və onların istifadəsinə görə ödəniş tələb etməyə hazırlaşdığı bildirilir. İddialara görə, Tehran tələblər yerinə yetirilməyəcəyi halda kabellərin kəsilməsi variantını da gündəmə gətirə bilər.
Məlumata əsasən, söhbət qlobal internet trafikinin mühüm hissəsini daşıyan strateji kommunikasiya xətlərindən gedir. Ekspertlər qeyd edirlər ki, bu kabellərə mümkün müdaxilə yalnız rabitə problemləri yaratmayacaq, həm də bulud texnologiyaları, beynəlxalq ödəniş sistemləri, məlumat mərkəzləri və süni intellekt infrastrukturlarına ciddi təsir göstərə bilər.
Qeyd olunur ki, Hörmüz boğazından keçən kommunikasiya xətlərində yaranacaq hər hansı böhran dünya internet sistemi və qlobal iqtisadiyyat üçün ciddi risk hesab olunur.
Xəbəri paylaş Dostlarınıza göndərin