Yeni xəbərlər burada görünəcək.

İran Küveytdəki ABŞ hərbi bazalarını yenidən bombaladı

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində yerləşən ABŞ hərbi bazalarına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə İran dövlət teleradio şirkəti SEPAH-a istinadən məlumat yayıb. Məlumata görə, "Əli əs-Saləm"

7 baxış 3 dəq

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində yerləşən ABŞ hərbi bazalarına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə İran dövlət teleradio şirkəti SEPAH-a istinadən məlumat yayıb.

Məlumata görə, "Əli əs-Saləm" aviabazasında hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və "MQ-9" tipli pilotsuz uçuş aparatlarının saxlanıldığı anqar hədəfə alınıb. Həmçinin "Əl-Adiri" bazasında iki helikopter anqarına da zərbələr endirildiyi bildirilib.

SEPAH iddia edib ki, hücumlar nəticəsində bir neçə hərbi qulluqçu ölüb və yaralanıb, hərbi texnikaya ciddi ziyan dəyib. Bundan başqa, bölgədə ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinin də vurulduğu qeyd olunub.

Bəyanatda həmçinin bildirilib ki, Doha bazasında sursat anbarı və ABŞ ordusunun maddi-texniki təminat mərkəzi, "Əli əs-Saləm" bazasındakı yanacaq çənləri, eləcə də Küveytdə yerləşən "Arifcan" bazasının sursat anbarı pilotsuz uçuş aparatları ilə kütləvi hücuma məruz qalıb.

Xəbəri paylaş Dostlarınıza göndərin