Yeni xəbərlər burada görünəcək.

“İran müharibəsinin tək qalibi Ərdoğan oldu”

İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlarla başlayan müharibədən həftələr keçməsinə baxmayaraq, bölgədəki qeyri-müəyyənlik hələ də davam edir. Bu müddətdə Türkiyə “regional sülh” siyasəti çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə

5 baxış 3 dəq
İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlarla başlayan müharibədən həftələr keçməsinə baxmayaraq, bölgədəki qeyri-müəyyənlik hələ də davam edir.
Bu müddətdə Türkiyə “regional sülh” siyasəti çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə atəşkəs danışıqlarında mühüm rol oynayıb.
Türkiyənin sülh təşəbbüsləri və müdafiə sənayesində əldə etdiyi uğurlar dünya mediasının da diqqət mərkəzindədir. Böyük Britaniyanın nüfuzlu nəşrlərindən olan “The Telegraph” qəzeti İran müharibəsində Türkiyənin roluna dair geniş təhlil dərc edib.
“İran müharibəsinin əsl qalibi Ərdoğan oldu” başlıqlı məqalədə ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin Prezident Ərdoğana həm daxili siyasətdə, həm də beynəlxalq arenada mühüm imkanlar yaratdığı vurğulanıb.
Təhlildə Türkiyənin müdafiə sənayesi sahəsində son illərdə əldə etdiyi nailiyyətlərə xüsusi diqqət ayrılıb. Bildirilib ki, ABŞ-dən sonra NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyə pilotsuz uçuş aparatları (PUA və SİHA) ixracı sahəsində dünyanın ən böyük 11-ci ixracatçısına çevrilib.
Məqalədə həmçinin İraq və İndoneziya kimi ölkələrin Türkiyədən hava hücumundan müdafiə sistemləri və SİHA-lar aldığı qeyd olunub. Bundan əlavə, Portuqaliyanın Türkiyədən iki dəniz təchizat və logistika dəstək gəmisi sifariş etməsi ilə ölkənin NATO və Avropa İttifaqına üzv dövlətə ilk hərbi dəniz platforması ixracını həyata keçirdiyi vurğulanıb.
Türkiyənin enerji ticarətində əsas regional mərkəzə çevrilməsi istiqamətində atdığı addımlara və Prezident Ərdoğanın yaxın gələcəkdə ev sahibliyi edəcəyi NATO sammitinə də diqqət çəkib.
Xəbəri paylaş Dostlarınıza göndərin