Yeni xəbərlər burada görünəcək.

İRAN “QİSAS” ƏMƏLİYYATININ BAŞLADIĞINI ELAN ETDİ

LEQAL XƏBƏR məlumat verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qisas” əməliyyatına başladığını və Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb. SEPAH-ın bəyanatına görə, əməliyyatın üçüncü mərhələsində Küveytdə yerləşən “Əli əs-Salim” aviabazasında

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qisas” əməliyyatına başladığını və Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

SEPAH-ın bəyanatına görə, əməliyyatın üçüncü mərhələsində Küveytdə yerləşən “Əli əs-Salim” aviabazasında yanacaq çənləri və “Patriot” hava hücumundan müdafiə sistemi, həmçinin “Əhməd əl-Cabir” bazasında strateji FPS radar sistemi vurulub.

Bildirilib ki, Bəhreyndəki “Şeyx İsa” ABŞ aviabazası da hücuma məruz qalıb. SEPAH əməliyyatın ikinci mərhələsində həmin bazada ABŞ ordusuna məxsus helikopterlərin təmir və texniki xidmət mərkəzlərinin, “P-8” patrul təyyarəsinin anqarının və pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzinin məhv edildiyini iddia edib.

Açıqlamada həmçinin qeyd olunub ki, raket və pilotsuz uçuş aparatları vasitəsilə İordaniyada yerləşən ABŞ aviabazasına da zərbələr endirilib. İddialara görə, hücumlar nəticəsində sursat anbarları və yanacaq çənlərində yanğın baş verib.

SEPAH vurğulayıb ki, İordaniyada həyata keçirilən zərbələr hazırda davam edən “Qisas” əməliyyatının ilk mərhələsi hesab olunur.

Qeyd: Bu məlumat SEPAH-ın rəsmi bəyanatına əsaslanır. ABŞ və adı çəkilən ölkələr tərəfindən iddialarla bağlı müstəqil təsdiq hələlik açıqlanmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin