İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin demək olar ki, bütün rəsmi şəxslərinin sağ və təhlükəsizlikdə olduğunu bildirib. O, bu barədə “NBC” televiziyasına müsahibəsində danışıb. Nazir qeyd edib ki, bir və ya iki komandirin itirilməsi ilə bağlı məlumat var, lakin bunu böyük problem hesab etmədiklərini vurğulayıb. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkianın və ali dini lider Əli Xameneinin sağ olduqlarını təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl bəzi xarici KİV-lərdə İsrailin zərbələri zamanı yüksək vəzifəli şəxslərin həlak olması ilə bağlı iddialar yayılmışdı.
İran rəsmiləri sağdır?
İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin demək olar ki, bütün rəsmi şəxslərinin sağ və təhlükəsizlikdə olduğunu bildirib. O, bu barədə “NBC” televiziyasına müsahibəsində danışıb. Nazir qeyd edib ki, bir və ya iki komandirin itirilməsi ilə bağlı məlumat var, lakin bunu böyük problem hesab
16 baxış
3 dəq
