Yeni xəbərlər burada görünəcək.

İran Trampa meydan oxudu

Leqal xəbər bildirirki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü ABŞ-ın keçmiş prezidenti Donald Trampın İran ordusunun zəiflədiyi barədə açıqlamalarına sərt reaksiya verib. Rəsmi açıqlamada Trampın bəyanatlarının “yalan və psixoloji müharibə” xarakteri daşıdığı bildirilib. İran tərəfi

9 baxış 3 dəq

Leqal xəbər bildirirki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü ABŞ-ın keçmiş prezidenti Donald Trampın İran ordusunun zəiflədiyi barədə açıqlamalarına sərt reaksiya verib. Rəsmi açıqlamada Trampın bəyanatlarının “yalan və psixoloji müharibə” xarakteri daşıdığı bildirilib. İran tərəfi ABŞ və İsrailin təzyiqlərinə baxmayaraq ölkənin mübarizəni qətiyyətlə davam etdirdiyini vurğulayıb. Bildirilib ki, davam edən qarşıdurmanın nə vaxt və necə bitəcəyinə İran qərar verəcək. İran rəsmiləri müharibənin bütün imkanlarla davam etdirildiyini də qeyd ediblər. Açıqlamada həmçinin Hörmüz boğazında ABŞ donanmasının və “Gerald Ford” təyyarədaşıyan gəmisinin fəaliyyətinin diqqətlə izlənildiyi bildirilib və Vaşinqtona açıq mesaj verilib. İran tərəfi regionda gərginliyin artmasına görə məsuliyyətin ABŞ və onun müttəfiqlərinin üzərində olduğunu iddia edib.

Xəbəri paylaş Dostlarınıza göndərin