Yeni xəbərlər burada görünəcək.

İran yenidən İsrailə zərbələr endirir

Pakistanın Baş naziri Shehbaz Sharif Azərbaycan Prezidenti İlham Əliyev-ə telefonla zəng edib. Telefon danışığı zamanı Şahbaz Şərif İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib. O qeyd edib ki, bu çətin gündə Pakistan dövləti və ordusu Azərbaycanın və onun

8 baxış 3 dəq

Pakistanın Baş naziri Shehbaz Sharif Azərbaycan Prezidenti İlham Əliyev-ə telefonla zəng edib. Telefon danışığı zamanı Şahbaz Şərif İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib. O qeyd edib ki, bu çətin gündə Pakistan dövləti və ordusu Azərbaycanın və onun ordusunun yanındadır və Azərbaycan hər zaman Pakistana güvənə bilər. Pakistanın baş naziri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini vurğulayıb. Prezident İlham Əliyev göstərilən dəstək və həmrəyliyə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan da qardaş Pakistanın haqq işini hər zaman müdafiə edir. Prezident həmçinin İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktının Pakistan tərəfindən qınanmasının iki ölkə arasındakı dostluğu bir daha göstərdiyini bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin