Yeni xəbərlər burada görünəcək.

İRANA YENİ ZƏRBƏ SİQNALI

Leqal xəbər məlumat verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi zərbələrin yenidən həyata keçirilə biləcəyini istisna etməyib. O bildirib ki, Vaşinqton Tehranın danışıqlardakı mövqeyindən hələ də razı deyil və vəziyyətə uyğun qərar veriləcək. “Görəcəyik nə olacaq. Geri qayıdıb buna son

8 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi zərbələrin yenidən həyata keçirilə biləcəyini istisna etməyib.

O bildirib ki, Vaşinqton Tehranın danışıqlardakı mövqeyindən hələ də razı deyil və vəziyyətə uyğun qərar veriləcək.

“Görəcəyik nə olacaq. Geri qayıdıb buna son qoymalı ola bilərik, ya da olmaya bilər”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, İran hazırda fəal şəkildə danışıqlar aparmağa çalışır.

“Düşünürəm ki, onlar sadəcə razılığa gəlmək istəyirlər. Başqa seçimlərinin olduğunu düşünmürəm”, – deyə o vurğulayıb.

Trampın açıqlaması ABŞ-İran münasibətlərində gərginliyin yenidən arta biləcəyi ilə bağlı müzakirələri gücləndirib.


Xəbəri paylaş Dostlarınıza göndərin