Yeni xəbərlər burada görünəcək.

İranda bayram keçirəcəyik

Leqal xəbər bildirirki, ABŞ-da yaşayan azərbaycanlı müğənni Faigə Atəşi (Ququş) Novruz bayramı münasibətilə iranlılara müraciət edib. O, çıxışında İran İslam Respublikasının illərdir milli kimliyi və ənənələri sıxışdırmağa çalışdığını bildirib. Ququş qeyd edib ki, buna baxmayaraq, xalq hər il bu

11 baxış 3 dəq

Leqal xəbər bildirirki, ABŞ-da yaşayan azərbaycanlı müğənni Faigə Atəşi (Ququş) Novruz bayramı münasibətilə iranlılara müraciət edib. O, çıxışında İran İslam Respublikasının illərdir milli kimliyi və ənənələri sıxışdırmağa çalışdığını bildirib. Ququş qeyd edib ki, buna baxmayaraq, xalq hər il bu cəhdlərə qarşı dayanmağı bacarıb. Müğənni xüsusilə son hadisələrə toxunaraq insanların etirazlarını davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, çətinliklərə və itkilərə baxmayaraq, vətəndaşlar meydanlara çıxaraq öz mövqelərini ifadə edirlər. “Bu il, hətta ən ağrılı qırğınlardan sonra belə, cəsur xalqımız yenə meydanlara çıxdı. İnsanlar tonqalların üzərindən atlayaraq etiraz şüarları səsləndirdilər. Bu, mövcud rejimin kölgəsində qeyd etdiyimiz son bayram olacaq. Gələn il hamımız birlikdə azad İranda bayram keçirəcəyik”, – deyə Ququş bildirib. Qeyd edək ki, Ququşun bu müraciəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Xəbəri paylaş Dostlarınıza göndərin