Yeni xəbərlər burada görünəcək.

İRANDA CASUSLUQDA İTTİHAM OLUNAN ŞƏXS EDAM EDİLİB

Leqal xəbər məlumat verir ki, İranda İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıqda ittiham olunan şəxs edam edilib. Məlumata görə, İran Ali Məhkəməsinin çıxardığı hökm əsasında Ehsan Afreşteh mayın 13-də səhər saatlarında edam olunaraq asılıb. Xəbəri İranın dövlət televiziya və radio şirkəti

13 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, İranda İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıqda ittiham olunan şəxs edam edilib.
Məlumata görə, İran Ali Məhkəməsinin çıxardığı hökm əsasında Ehsan Afreşteh mayın 13-də səhər saatlarında edam olunaraq asılıb. Xəbəri İranın dövlət televiziya və radio şirkəti yayıb.
Bildirilir ki, Afreşteh Nepal ərazisində “Mossad” nümayəndələrinin rəhbərliyi altında xüsusi hazırlıq keçib və bu müddətdə ingilis, fransız və ivrit dillərini öyrənib. İstintaq materiallarında onun İsrail kəşfiyyatı ilə müxtəlif elektron poçt və mesajlaşma platformaları üzərindən əlaqə saxladığı qeyd olunur.
İran tərəfinin açıqlamasına əsasən, o, “Ceyms” kod adından istifadə edib və ilkin tapşırıqları onlayn taksi sürücüsü kimi fəaliyyət göstərərək yerinə yetirib.
Hadisə regionda İran–İsrail münasibətlərinin gərgin olaraq qaldığı bir dövrdə baş verib. İran rəsmiləri casusluq fəaliyyətlərinə qarşı sərt tədbirlərin davam etdiriləcəyini bildirirlər.
Xəbəri paylaş Dostlarınıza göndərin