Yeni xəbərlər burada görünəcək.

İRANDA DİN XADİMİ GÜLLƏLƏNƏRƏK ÖLDÜRÜLDÜ

İranın Mircavə şəhərində din xadimi Məhəmməd Ənvər Rigi naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq həyatını itirib. LEQAL XƏBƏR verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Məhəmməd Ənvər Rigi Mircavədə fəaliyyət göstərən məscidlərdən birinin imamı olub. Məlumata görə, din xadimi

8 baxış 3 dəq

İranın Mircavə şəhərində din xadimi Məhəmməd Ənvər Rigi naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq həyatını itirib.

LEQAL XƏBƏR verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Məhəmməd Ənvər Rigi Mircavədə fəaliyyət göstərən məscidlərdən birinin imamı olub.

Məlumata görə, din xadimi aldığı güllə yaraları nəticəsində hadisə yerində dünyasını dəyişib.

Qətli törədən şəxs və ya şəxslərin kimliyi, eləcə də hücumun motivi hələlik rəsmi şəkildə açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin