Leqal xəbər məlumat verir ki, İranda Azərbaycanın qələbə simvollarından biri kimi tanınan “Dəmir yumruq”a bənzər heykəlin hazırlanması diqqət çəkib. Məlumata görə, “Şəhid inqilab liderinin sıxılmış yumruğu” adlı abidənin maketi artıq təqdim olunub.
Bildirilir ki, heykəlin hündürlüyü 15 metr olacaq və onun Tehranın İnqilab meydanında quraşdırılması planlaşdırılır. Layihənin Qurban bayramına qədər tamamlanmasının nəzərdə tutulduğu qeyd edilir.