Yeni xəbərlər burada görünəcək.

İRANDA ƏLİ XAMENEİNİN VİDA MƏRASİMİ BAŞLAYIB

LEQAL XƏBƏR verir ki, mərasim Tehranın mərkəzində yerləşən İmam Xomeyni adına Mosalla ibadət kompleksində keçirilir. Məlumata görə, tədbirdə 8 dövlət başçısı, 12 parlament sədri və 100-ə yaxın ölkədən rəsmi nümayəndə heyətləri iştirak edir. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan, İraq

8 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, mərasim Tehranın mərkəzində yerləşən İmam Xomeyni adına Mosalla ibadət kompleksində keçirilir.
Məlumata görə, tədbirdə 8 dövlət başçısı, 12 parlament sədri və 100-ə yaxın ölkədən rəsmi nümayəndə heyətləri iştirak edir.
Artıq Ermənistanın baş naziri Nikol Paşinyan, İraq Kürdüstan Regionunun rəhbəri Nəçirvan Bərzani və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Tehrana gəlib.
Bildirilib ki, təhlükəsizlik səbəbindən Əli Xameneinin oğlu Seyid Müctəba Xamenei dəfn mərasimində iştirak etməyəcək.
Qeyd edək ki, Azərbaycanı vida mərasimində Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan MR-in Baş naziri Cabbar Musayev və digər rəsmi şəxslər təmsil edir.
Xəbəri paylaş Dostlarınıza göndərin