Iranın Azerbaijandakı səfiri Müctəba Dəmirçili Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirib. O qeyd edib ki, çətin dövrdə Azərbaycanın rəsmi və qeyri-rəsmi mesajları İran üçün mühüm dəstək ifadəsi olub.
Diplomatın sözlərinə görə, bu münasibət iki xalqın ortaq mədəniyyətindən və tarixən formalaşmış əlaqələrindən irəli gəlir.
Səfir bildirib:
“Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə rəsmi və qeyri-rəsmi mesajları ilə dəstəyini nümayiş etdirib. Bu, bizim mədəniyyətimizin bir hissəsidir və buna görə təşəkkür edirik”.
Müctəba Dəmirçili əlavə edib ki, İran hər zaman Azərbaycanın mövqeyinə inanıb və rəsmi Bakı da dəfələrlə bildirib ki, öz ərazisindən İrana qarşı heç bir hücum üçün istifadə edilməyəcək.
Səfirin açıqlaması regionda gərginliyin artdığı bir dövrdə iki ölkə arasında münasibətlərə dair mühüm mesaj kimi qiymətləndirilir.
İRANDAN BİZƏ MESAJ
Iranın Azerbaijandakı səfiri Müctəba Dəmirçili Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirib. O qeyd edib ki, çətin dövrdə Azərbaycanın rəsmi və qeyri-rəsmi mesajları İran üçün mühüm dəstək ifadəsi olub. Diplomatın sözlərinə görə, bu münasibət iki xalqın ortaq mədəniyyətindən və tarixən
12 baxış
3 dəq
