Yeni xəbərlər burada görünəcək.

İrandan gözlənilməz addım

İranın uranın zənginləşdirilməsi fəaliyyətini dayandırmağa razılıq verdiyi və bunun müqabilində sanksiyaların yumşaldılmasını tələb etdiyi bildirilir. “Al Hadath” telekanalı Pakistan mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında razılığın əldə olunmasına İran-ABŞ danışıqlarında iştirak

8 baxış 3 dəq

İranın uranın zənginləşdirilməsi fəaliyyətini dayandırmağa razılıq verdiyi və bunun müqabilində sanksiyaların yumşaldılmasını tələb etdiyi bildirilir.

“Al Hadath” telekanalı Pakistan mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında razılığın əldə olunmasına İran-ABŞ danışıqlarında iştirak edən vasitəçilər kömək edib.

Məlumata görə, Tehran mümkün razılaşma çərçivəsində uranın zənginləşdirilməsinin dayandırılmasını nəzərdən keçirib. Bunun müqabilində isə İrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılması məsələsi gündəmə gətirilib.

İran rəsmiləri yayılan məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib və ya şərh etməyib.

Qeyd: Məlumat hazırda mediada yayılan iddia xarakterlidir və Tehran tərəfindən rəsmi təsdiq olunmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin