Leqal xəbər məlumat verir ki, İran Prezidenti Məsud Pezeşkian bildirib ki, bölgədə təhlükəsizlik tam bərpa olunduqdan sonra Hörmüz boğazında gəmi hərəkəti normallaşacaq.
Pezeşkianın sözlərinə görə, İran beynəlxalq hüquq çərçivəsində təhlükəsiz keçidi təmin etmək üçün peşəkar nəzarət mexanizmləri tətbiq edəcək. O, bu açıqlamanı Roma Papası XIV Leoya göndərdiyi mesajda verib.
İran Prezidenti həmçinin vurğulayıb ki, Tehran diplomatiya və sülh yolu ilə həll variantlarına sadiq qalır. Pezeşkian bildirib ki, ABŞ-la danışıqlarda problemlər yaşansa da, İran vasitəçilik təşəbbüslərini dəstəkləyir və Pakistanın vasitəçilik rolunu müsbət qiymətləndirir.