Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu barədə Leqal Xəbər-ə DSX-dən məlumat daxil olub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülüb.