Yeni xəbərlər burada görünəcək.

İranlı nazirin Azərbaycanın daxili işinə qarışmaq cəhdi...Heç təəccüblü olmadı

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini elan edib. “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə

10 baxış 3 dəq

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini elan edib. “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır” deyən Simayi Sərraf bildirib ki, geyim forması təhsilə mane olmamalıdır.

Leqal Xəbər bildirir ki, İranlı nazirin bu açıqlaması Azərbaycanın daxili işlərinə açıq şəkildə müdaxilə etmək cəhdidir. İrandan Azərbaycana qarşı bu kimi cəhdlər edilməsi, xüsusilə dini məsələlərin siyasi alətə çevrilməsi zaman-zaman olduğu üçün Simayi Sərrafın açıqlaması o qədər də təəccüblü deyil, lakin ironikdir.

Birincisi, İranda illərdir 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququ pozulur. Hətta yerli və milli dillərin mətbuatda istifadəsi, həmçinin məktəblərdə tədris edilməsi İran konstitusiyasında təsbit olunsa da, reallıqda bu, heç vaxt yerinə yetirilməyib.

Simayi Sərrafın istəyi həqiqətən də insanların təhsil almasıdırsa, o zaman Azərbaycana dil uzatmaqdan öncə 40 milyon azərbaycanlının təhsil hüququnun təmin edilməsi ilə məşğul olmalıdır.

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

Xəbəri paylaş Dostlarınıza göndərin