Yeni xəbərlər burada görünəcək.

İranın əlində neft qalmayacaq

ABŞ administrasiyası İranın neft ehtiyatları üzərində tam nəzarət əldə etməyi planlaşdırır. Bu barədə ABŞ-ın Enerji Dominantlığı üzrə Milli Şurasının direktoru Cərrod Eygen Fox News telekanalına müsahibəsində bildirib. Jurnalistlər ondan Yaxın Şərqdə baş verən gərginliyin neft qiymətlərinə təsirini

7 baxış 3 dəq

ABŞ administrasiyası İranın neft ehtiyatları üzərində tam nəzarət əldə etməyi planlaşdırır. Bu barədə ABŞ-ın Enerji Dominantlığı üzrə Milli Şurasının direktoru Cərrod Eygen Fox News telekanalına müsahibəsində bildirib.

Jurnalistlər ondan Yaxın Şərqdə baş verən gərginliyin neft qiymətlərinə təsirini qiymətləndirməyi xahiş ediblər. Eygen isə qeyd edib ki, gələcəkdə ABŞ üçün Hörmüz boğazı ilə bağlı problemlər aktual olmayacaq.

“Son nəticədə biz Hörmüz boğazındakı bu problemlərdən narahat olmayacağıq, çünki İran rəhbərliyinin əlində olan bütün nefti onların nəzarətindən çıxaracağıq”, – deyə o bildirib.

Martın 6-da Qətərin energetika naziri Səəd əl-Kaabi Yaxın Şərqdə gərginliyin artması fonunda neftin qiymətinin bir barel üçün 150 dollara qədər yüksələ biləcəyini istisna etməyib. Onun sözlərinə görə, əgər tankerlər Hörmüz boğazından keçə bilməsə, qiymət artımı iki-üç həftə ərzində baş verə bilər.

Bu həftə İran Hörmüz boğazının faktiki olaraq bağlandığını elan edib. Dünyanın əsas neft marşrutlarından biri sayılan bu strateji dəhlizdə bütün gəmilərin, o cümlədən kommersiya və neft tankerlərinin hərəkətinə məhdudiyyət qoyulduğu bildirilir. Nəticədə bölgədə gəmi trafiki demək olar ki, dayanıb, bəzi gəmilərin raket hücumuna məruz qaldığı da qeyd olunur.

Bununla yanaşı, İran rəsmiləri Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinə əsas təhdidin ABŞ olduğunu bəyan ediblər.



Xəbəri paylaş Dostlarınıza göndərin