Yeni xəbərlər burada görünəcək.

İRAQDA MƏSUD PEZEŞKİAN VƏ ABBAS ƏRAQÇI HÜCUMA MƏRUZ QALDILAR

LEQAL XƏBƏR məlumat verir ki, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı İraqın Nəcəf şəhərində hücuma məruz qalıblar. Məlumata görə, hadisə Əli Xameneinin vida mərasimi zamanı baş verib. Dövlət rəsmiləri təhlükəsizlik qüvvələrinin operativ müdaxiləsi nəticəsində ərazidən

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı İraqın Nəcəf şəhərində hücuma məruz qalıblar.

Məlumata görə, hadisə Əli Xameneinin vida mərasimi zamanı baş verib. Dövlət rəsmiləri təhlükəsizlik qüvvələrinin operativ müdaxiləsi nəticəsində ərazidən dərhal uzaqlaşdırılıblar.

Bildirilir ki, insident zamanı təhlükəsizlik tədbirləri gücləndirilib və rəsmilərin təhlükəsizliyi təmin olunub.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Hələlik hücumun təfərrüatları və mümkün zərərçəkənlər barədə rəsmi açıqlama verilməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin