Yeni xəbərlər burada görünəcək.

İslam Mərkəzinə naməlum şəxslər hücum ediblər

Kanadanın Vinnipeq şəhərində yerləşən İslam mərkəzinə naməlum şəxslər tərəfindən silahlı hücum həyata keçirilib. LEQAL XƏBƏR məlumat verir ki, hadisə gecə saatlarında baş verib. Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən, iki naməlum şəxs binaya yaxınlaşaraq mərkəzə atəş açıb. Bundan

8 baxış 3 dəq

Kanadanın Vinnipeq şəhərində yerləşən İslam mərkəzinə naməlum şəxslər tərəfindən silahlı hücum həyata keçirilib.

LEQAL XƏBƏR məlumat verir ki, hadisə gecə saatlarında baş verib. Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən, iki naməlum şəxs binaya yaxınlaşaraq mərkəzə atəş açıb. Bundan sonra daha iki nəfər hadisə yerinə gələrək binanın şüşələrini sındırıb.

Mərkəzin rəhbərliyi hücum zamanı binada insanların olduğunu açıqlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Kanadanın Toronto şəhərində də yəhudilərə məxsus çörək sexləri şəbəkəsinə silahlı hücum edilmişdi. Polis həmin hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirərək istintaqa başlayıb. Toronto meri Oliviya Çou isə baş verənləri antisemitizm aktı adlandıraraq bu cür əməlləri qəti şəkildə pisləyib.

Xəbəri paylaş Dostlarınıza göndərin