Yeni xəbərlər burada görünəcək.

İsmayıllıda 24 nəfər toyda zəhərlənib

İsmayıllıda 24 nəfər toyda zəhərlənib Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib. Zəhərlənmə diaqnozu ilə 24 nəfər Göyçay Rayon Mərkəzi

7 baxış 3 dəq

İsmayıllıda 24 nəfər toyda zəhərlənib

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib.

Zəhərlənmə diaqnozu ilə 24 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Agentlik əhaliyə xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qəbul edəcəyləri qidalara diqqət yetirməyi tövsiyə edir .

Xəbəri paylaş Dostlarınıza göndərin