Yeni xəbərlər burada görünəcək.

İspaniyada 68 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının səbəbi açıqlandı

İspaniyanın Toledo əyalətində kompüter şəbəkəsində yaranan nasazlıq təhlükəsizlik sisteminin sıradan çıxmasına və nəticədə iki qatarın toqquşmasına səbəb olub. Leqal Xəbər "El País"ə istinadən bildirir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente jurnalistlərlə görüşündə

8 baxış 3 dəq

İspaniyanın Toledo əyalətində kompüter şəbəkəsində yaranan nasazlıq təhlükəsizlik sisteminin sıradan çıxmasına və nəticədə iki qatarın toqquşmasına səbəb olub.

Leqal Xəbər "El País"ə istinadən bildirir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente jurnalistlərlə görüşündə məlumat verib.

Onun sözlərinə görə, Urda stansiyasında üç server arasında əlaqənin kəsilməsi nəticəsində Almaniyanın LZB avtomatik qatar idarəetmə sistemi fəaliyyətini dayandırıb. Nəticədə uzunluğu 63 kilometr olan dəmir yolu xəttində qatarlar elektron nəzarətsiz qalıblar. Qəza baş verən zaman həmin ərazidə altı qatar olub və onların hamısı təcili dayanıb.

"Bu qərar dispetçer mərkəzində qəbul edilir və Iryo qatarı ilə toqquşan qatara ötürülür. Baş vermiş qəzanın səbəbi də məhz budur", - deyə Puente bildirib.

Nazir əlavə edib ki, avtomatik idarəetmə sistemi söndükdən qısa müddət sonra dispetçerlər "Renfe" şirkətinə məxsus qatarın hərəkətini bərpa etməsinə icazə veriblər. Qatar hərəkətə başlayaraq relslərdə dayanmış "Iryo" qatarına çırpılıb.

Nazirlik rəhbəri dispetçer mərkəzinin nə üçün hərəkət əmri verdiyini, "Iryo" qatarının isə niyə dayanmış vəziyyətdə qaldığını dəqiqləşdirməyib.
.

Xəbəri paylaş Dostlarınıza göndərin