Yeni xəbərlər burada görünəcək.

İSPANİYADA TUNC DÖVRÜNÜN MƏŞHUR XƏZİNƏSİ OĞURLANDI

LEQAL XƏBƏR məlumat verir ki, İspaniyanın Alikante şəhərində yerləşən MARQ Arxeologiya Muzeyindən məşhur Vilyena xəzinəsi oğurlanıb. Məlumata görə, oğrular gecə saatlarında pəncərəni sındıraraq muzeyə daxil olublar. Həyəcan siqnalı səhər saat 05:16-da işə düşüb. Soyğunun isə cəmi 4 dəqiqə davam

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İspaniyanın Alikante şəhərində yerləşən MARQ Arxeologiya Muzeyindən məşhur Vilyena xəzinəsi oğurlanıb.

Məlumata görə, oğrular gecə saatlarında pəncərəni sındıraraq muzeyə daxil olublar. Həyəcan siqnalı səhər saat 05:16-da işə düşüb. Soyğunun isə cəmi 4 dəqiqə davam etdiyi bildirilir.

Cinayətkarların bir neçə nəqliyyat vasitəsindən istifadə edərək əvvəlcədən planlaşdırılmış və koordinasiyalı şəkildə hərəkət etdikləri ehtimal olunur.

Hazırda İspaniya Mülki Qvardiyası müşahidə kameralarının görüntülərini araşdırır. Müstəntiqlər həmçinin hadisə yerində barmaq izləri və digər sübutları toplayırlar.

Qeyd edək ki, Vilyena xəzinəsi Tunc dövrünün ən böyük xəzinələrindən biri hesab olunur. Xəzinə ilk dəfə 1963-cü ildə Vilyena yaxınlığında aparılan qazıntılar zamanı aşkarlanıb.

Qiymətli artefaktlar arasında qızıl və gümüş qablar, kasalar, bilərziklər, kral skipetri və digər bəzək əşyalarının fraqmentləri yer alır.

Xəbəri paylaş Dostlarınıza göndərin