Leqal xəbər bildirirki, İsrail ötən gecə Livanın paytaxtı Beyrutun cənub ətrafına güclü hava zərbələri endirib. Məlumata görə, zərbələr əsasən “Hizbullah” qruplaşmasının nəzarətində olan ərazilərə yönəlib. Hücumdan əvvəl İsrail ordusunun sözçüsü həmin ərazilərdə yaşayan sakinlərə müraciət edərək onların şərq və şimal istiqamətinə köçməsini tövsiyə etmişdi. Buna cavab olaraq İranın dəstəklədiyi “Hizbullah” qruplaşması martın 6-da səhər saatlarında Telegram kanalında ivrit dilində mesaj yayımlayıb. Mesajda israillilərə sərhəddən 5 kilometr məsafədə yerləşən şəhər və kəndləri tərk etmələri tövsiyə olunub. Regionda gərginliyin artdığı və tərəflər arasında qarşılıqlı bəyanatların davam etdiyi bildirilir.
İsrail Beyrutun cənubunu bombaladı
Leqal xəbər bildirirki, İsrail ötən gecə Livanın paytaxtı Beyrutun cənub ətrafına güclü hava zərbələri endirib. Məlumata görə, zərbələr əsasən “Hizbullah” qruplaşmasının nəzarətində olan ərazilərə yönəlib. Hücumdan əvvəl İsrail ordusunun sözçüsü həmin ərazilərdə yaşayan sakinlərə müraciət edərək
7 baxış
3 dəq
