LEQAL XƏBƏR məlumat verir ki, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ömər Tişler İrana qarşı planlaşdırılan genişmiqyaslı əməliyyatın uçuşa cəmi bir saat qalmış dayandırıldığını açıqlayıb.
Məlumata görə, İsrail qüvvələri İran ərazisində bir neçə hədəfə zərbə endirməyə tam hazır vəziyyətə gətirilib və əməliyyat İranın İsrailə raket hücumlarına cavab olaraq hazırlanıb.
Generalın sözlərinə əsasən, daha genişmiqyaslı ikinci mərhələ üçün bütün hazırlıqlar tamamlanmışdı, lakin əməliyyatın başlanmasına az qalmış qərar dəyişdirilib və hücum dayandırılıb.