Yeni xəbərlər burada görünəcək.

İsrail Tehranda raket obyektini vurdu

Leqal xəbər bildirirki, İsrail Müdafiə Qüvvələrinin Tehranda yerləşən yeraltı ballistik raket sınaq obyektinə zərbə endirdiyi bildirilir. Məlumata görə, hücum gecə saatlarında həyata keçirilib və hədəf SEPAH üçün ballistik raketlərin hazırlanması və sınaqlarının aparıldığı kompleks olub. İsrail

10 baxış 3 dəq

Leqal xəbər bildirirki, İsrail Müdafiə Qüvvələrinin Tehranda yerləşən yeraltı ballistik raket sınaq obyektinə zərbə endirdiyi bildirilir. Məlumata görə, hücum gecə saatlarında həyata keçirilib və hədəf SEPAH üçün ballistik raketlərin hazırlanması və sınaqlarının aparıldığı kompleks olub. İsrail ordusunun açıqlamasına görə, zərbə SEPAH-ın silah tədqiqatı və hazırlıq infrastrukturlarından birinə endirilib. Bildirilir ki, sözügedən obyekt SEPAH-ın Mərkəzi Hərbi Universitetinin (“İmam Xomeyni”) ərazisində yerləşirdi və əməliyyatlar üçün ehtiyat obyekt kimi istifadə olunurdu. Məlumata görə, hücum zamanı “Əl-Qüds” bölməsinin qərargahı ərazisindəki bəzi infrastruktur obyektləri və Tehranda silah istehsalı ilə məşğul olan digər müəssisələr də hədəfə alınıb. Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin