Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi oktyabrın 26-da keçirilən "Qalatasaray" - "Fənərbağça" qarşılaşmasından sonra qeydə alınan hadisələrlə bağlı yekun qərarlarını elan edib.
Leqal Xəbər bldirir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qurum yarışın yekun fitindən sonra əlbəyaxa dava edən "Qalatasaray"ın müdafiəçisi Əbdülkerim Bardakçı və "Fənərbağça"nın futbolçusu Arçi Braun barəsində həm matçlardan kənarlaşdırma, həm də pul cəriməsi tətbiq edib. Qərara əsasən, Bardakçı 2 rəsmi görüşdən məhrum edilib və ona 67 min lirə (təxminən 2 200 manat) məbləğində cərimə kəsilib. Braun isə 3 rəsmi matç buraxacaq və əlavə olaraq 100 min lirə (təxminən 3 405 manat) pul cəriməsi ödəyəcək.