İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İstanbulda sexini yandıran şəxs polislərə yumaq və taxta parçaları atdı

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan rayonunda özünə məxsus iplik sexini yandıran şəxs hadisə yerinə gələn polis əməkdaşlarına taxta parçaları və iplik yumaqları atıb. Leqal Xəbər məlumat verir ki, hadisə Defterdar məhəlləsinin Çaycılar küçəsində baş verib. İddiaya görə, psixoloji problemləri

11 baxış 3 dəq
İstanbulda sexini yandıran şəxs polislərə yumaq və taxta parçaları atdı

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan rayonunda özünə məxsus iplik sexini yandıran şəxs hadisə yerinə gələn polis əməkdaşlarına taxta parçaları və iplik yumaqları atıb.

Leqal Xəbər məlumat verir ki, hadisə Defterdar məhəlləsinin Çaycılar küçəsində baş verib.

İddiaya görə, psixoloji problemləri olduğu bildirilən 35 yaşlı Mehmet S. özünə məxsus iplik sexinə od vurub. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları göndərilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın zamanı Mehmet S. sexdəki iplik yumaqlarını və taxta parçalarını aşağıda olan polis əməkdaşlarının üzərinə atıb. Polis küçədə təhlükəsizlik tədbirləri görüb. Yanğınsöndürənlər isə şübhəlinin üzərinə su vuraraq ona müdaxilə ediblər.

Polis əməkdaşları onu sakitləşdirməyə çalışıblar. Daha sonra nəzarətə götürülən Mehmet S. saxlanılıb. O, binadan endirilərkən ətrafdakılardan biri ona hücum etməyə cəhd göstərib.

Saxlanılan iki nəfər polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin